17 Sentyabr 2015 18:07
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar dünənədək 743 nəfərin namizədliyi irəli sürülüb.

Məkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, bu şəxslərdən 369 nəfərinin namizədliyi siyasi partiyalar, 29 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 343 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb.

Namizədliyi irəli sürülən 743 nəfərdən 558 nəfərin namizədliyi təsdiq olunub və onlardan 469 nəfəri imza vərəqi alıb. İmza vərəqi alan 469 nəfərdən 30 nəfər artıq imza vərəqlərini qaytarıb.

Səxavət


Müəllif: