22 Sentyabr 2015 16:21
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq-2015” seçki bloku ötən gün bloka daxil olan bəzi siyasi partiyaların sədrlərinin Milli Məclisə bu ilin 1 noyabrına təyin edilmiş seçkilərdə iştirakdan kənarlaşmaq barədə müraciətləri müzakirə edib.

Seçkilərdə iştirak tərəfdarları seçkilərdən demokratik mübarizə vasitəsi kimi istifadə strategiyasının yarımçıq saxlanmasının fəsadlarını göstəriblər. Qərara alınıb ki, məsələ bloka daxil olan siyasi partiyaların kollegial səlahiyyətli orqanlarında baxıldıqdan və müvafiq qərar qəbul edildikdən sonra həmin qərarlar nəzərə alınmaqla yekun qərar qəbul edilmək üçün yenidən müzakirəyə çıxarılsın.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sona qədər seçki prosesindən demokratik mübarizə forması kimi istifadə etməyin tərəfdarı olduğunu söyləyib: “Əgər hər hansı imtina olsa, mən fikirimi dəyişməyəcəyəm. Bu günə də olan qərarım sona qədər seçkidə iştirak etməkdir”.

Qeyd edək ki, Pənah Hüseyn noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb. Həmin dairədə Yeni Azərbaycan Partiyasının namizədi Elçin Quliyevdir. Dairənin hazırki deputatı Ceyhun Osmanlı isə builki seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Yada salaq ki, P.Hüseynin namizədliyi irəli sürülən dairədən Müsavat Partiyası ilkin siyahıda namizəd verməmişdi. İndi isə siyahıya dəyişiklik edilib və partiya P.Hüseynə Yavər Gülməmmədov adlı rəqib müəyyənləşdirib. Eks-baş nazir həm də Ümid və Vətəndaş Həmrəyliyi Partiyasının namizədləri ilə yarışacaq.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər