Fransanın nüfuzlu “Le Nouvel Observateur” qəzetində Avropa Parlamentinin ölkəmizin əleyhinə qəbul etdiyi qətnaməni tənqid edən məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, 10 sentyabr tarixində Avropa Parlamenti qəbul etdiyi qətnamə qərarında gələcəkdə Bakının Avropa İttifaqının əsas ticarət potensialı ola biləcəyini unudulub: “Lakin, sözügedən qətnamədə AP insan hüquqlarının müdafiəsi mövzusuna qırmızı xətt çəkir.
Əgər rəsmi Brussel özünü insan hüquqları keşişçisi hesab edirsə və gələcəkdə Bakı ilə müxtəlif formada əlaqələrini gücləndirmək istəyirsə beynəlxalq münasibətlərdə vacib sayılan fundamental amilləri nəzərə almalıdır. Qeyd etmək olar ki, beynəlxalq münasibətlərdə təhtid qarşılıqlı münasibətlərə əks təsir göstərir.
Beləliklə sual yaranır ki, Avropa Birliyinin bu üsullardan şərq sərhədlərində yerləşən dövlətlərə qarşı istifadəsi nə dərəcədə AB maraqlarına cavab verir?
Xatırlayın, Gürcüstan NATO-ya qoşulmaq arzusunda olarkən Cənubi Osetiya və Abxaziyanı itirdi, Ukrayna Avropa İttifaqı ilə əməkdaşlıq memorandumu imzalayan dövrdə Krımın Rusiya tərəfindən işğalına məruz qaldı. Bundan əlavə Rusiyanın regionda hegemonluğu keçmiş sovet ölkələrini rəsmi Moskva ilə əlaqələrini gücləndirməyə sövq edir”.
Məqalənin müəllifi İlan Scialom qeyd edirki, “Azərbaycan Cənubi Qafqazda yerləşən yeganə Şərq Tərəfdaşlığı ölkəsidir ki, nə Avropa İttifaqı ilə, nə də ki, Rusiyanın təsiri altında olan Avrasiya İttifaqı ilə əməkdaşlığa dair assosiativ memorandum imzalamayıb. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Azərbaycan ilə münasibətlərin soyumasına səbəb olur və ölkəni Rusiya yönümlü siyasət aparmağa sövq edir. Eyni zamanda belə bir qətnamənin qəbul olunması digər qonşu dövlətlərə negativ siqnal verir və onlarda belə bir sənədin növbəti qurbanının hansı ölkə olacağı düşüncəsini yaradır.
Azərbaycan Avropa İttifaqı üçün regionda mühüm rol oynaya biləcək ölkədir. Rusiya, İran və Türkiyə ilə həmsərhəd olması Azərbaycanın mühüm strateji coğrafi mövqeyi olduğunu təsdiq edir. Eləcədə bir neçə digər mühüm faktorlarla da Azərbaycanın Aİ üçün əlverişli əməkdaş dövlət olduğunu sübut etmək olar. İlk olaraq bu sırada TAP və TANAP layihələri vasitəsi ilə enerji təminatı, Xəzər dənizi vasitəsilə Türkmənistan qazının Avropa İttifaqına çatdırılması və eləcə də Azərbaycanın regionda terrorizmə qarşı olan əməliyyatları vurğulanmalıdır. Bununla belə, ilk dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Avropadakı tərəfdaşlarından demokratik dəyərlərin təbliğinə dair aydın strategiyanın ortaya qoyulmasını gözləyir.
Təbii ki, insan hüquqları önəmli bir faktordur, lakin belə bir sərt qətnamənin qəbul olunması gələcəkdə bizə Putin höküməti tərkibində olan Azərbaycanı haqqında xatirələr vəd edir”.
BƏXTİYAR