Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Yusif Bağırzadənin sədrlikdən və partiya sıralarından istefasını qəbul edib.
AMİP-dən Teleqraf.com-a verilən məlumata görə, bu barədə partiyanın Siyasi Şurasının iclasında qərar qəbul edilib.
Siyasi Şuranın iclasında AMİP-in qurultayına hazırlıq, qurultayın vaxtı ilə bağlı da müzakirələr olub. Qurultaya hazırlıq işlərinin tam başa çatmaq üzrə olduğu bildirilib, lakin ali toplantının dəqiq günü hələ təyin edilməyib. Qurultay parlament seçkilərindən sonra keçiriləcək. Qurultayda AMİP-ə yeni sədr seçiləcək. Hələlik heç kim bu posta namizədliyini irəli sürməyib. Qurultayın günü təyin edildikdən sonra sədrliyə iddialıların rəsmi olaraq irəli sürülməsinə başlanacaq.
Qeyd edək ki, Y. Bağırzadənin istefasından sonra partiya nizamnaməsinə uyğun olaraq sədrin səlahiyyətlərini baş katib Arzuxan Əlizadə icra edir.