Azərbaycan Prezidenti İlham Əliyev Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov “Dostluq” ordeni ilə təltif edilsin".