Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu qanun layihəsini Azərbaycan bir çox ölkələrlə bağlayıb: “ABŞ-ın müvafiq qurumları ilə Vergilər Nazirliyi arasında imzalanan bu qanun vergi sahəsində inkişafa, səmərəliyin artmasına, beynəlxalq standartlara, beynəlxalq qaydalara əməl olunmasına xidmət edir. Qanun layihəsi qəbul edilib.
“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi müzakirə edilib.
Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası komitənin sədri Səməd Seyidov məlumat verib. O qeyd edib ki, saziş viza sadələşdirilməsini nəzərdə tutur.