28 Oktyabr 2015 08:58
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gənclər cəmiyyətdə böyük rola malikdirlər. Bu qüvvəni cəmiyyətin bütün sahələrində hiss etmək olar. Gənclərin ölkə həyatına inteqrasiya etməsinə əsasən həmin cəmiyyətin dinamiklik səviyyəsini ölçmək olar. Bu səbəbdən gənclər sahəsi özünə xüsusi diqqət tələb edir. Eyni zamanda sözügedən sahə digər sahələrə nisbətən daha dinamik və tezdəyişəndir. Bu isə öz növbəsində gənclərlə işin daha diqqətli aparılmasını tələb edir. Gənclər siyasəti özü böyük bir tədbirlər sistemi, böyük bir tədbirlər planıdır. Ümumilikdə Gənclər siyasəti dediyimiz anlayışına ayrı-ayrılıqda elm-təhsil, idman, asudə vaxt, yaradıcılıq, fərdi inkişaf, təcrübə, vətənpərvərlik, təhlükəsizlik və s. bölmələri daxildir. Bütün bu sahələrdə fəalliyyət müəyyən ardıcıllıq və sistemlilik tələb edir. Məhz cənab Prezidentimiz İlham Əliyevin uğurlu və düzgün strategiyalı siyasətinin nəticəsidir ki, bu siyasət öz bəhrələrini artıq çoxdan verməyə başlamış, gənclər sahəsi Dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir".

Bu açıqlama ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) icraçı direktor Şəmsi Gülverdi çıxış edib.

Onun sözlərinə görə, sadalanan sahələrdə fəaliyyət göstərən gənclərimizlə yanaşı ölkənin siyasi həyatında fəal iştirak edən gənclərimiz də az deyil: "Sevindirici haldır ki, əksər gənclərimiz öz vətəndaş hüquq və vəzifələrini bilir, bu hüquqlarla hərəkət etməyi bacarırlar. Bildiyimiz kimi, artıq V çağırış parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalıb və çoxsaylı gənclərimiz seçki prosesinə qoşulublar. Bildiyimiz kimi, seçki prosesi çoxşaxəli prosesdir və bu prosesdə müxtəlif formada iştirak mövcuddur. Gənclərimiz seçki prosesinin bütün sahələrində iştirak edən əsas hərəkətverici qüvvədir. İstər namizəd kimi, istər təbliğat və təşviqat kampaniyalarında, istərsə də fəal seçici kimi gənclər bu prosesdə fəaliyyət göstərirlər. Məlum prosesdə göstərilən bütün işlərin özünəməxsus məsuliyyəti vardır və gəncliyimiz bu məsliyyəti anlayıb, dərk edərək həmin işlərdə iştirak edirlər.

Hesab edirəm ki, bir cəmiyyətin bütün sahələrində, eləcə də ictimai-siyasi işlərində gənclərin fəallıqla iştirak etməsi həmin dövlətdə olan demokratik abu-havanın, sağlam rəqabətin formalaşmış olmasından xəbər verir. Yalnız onu demək kifayət edər ki, V çağırış Milli Məclisə keçirilən millət vəkili seçkilərində indiyə qədər olmamış sayda gənclərin namizədliyi qeydə alınmışdır. Bu göstərici dövlətin idarəçilikdə müasirləşməyə, gənclərin dövlət idarəçiliyinə cəlb olunmasına nə qədər önəm verdiyinin göstəricisidir. Hamımıza məlumdur ki, xüsusilə XXI əsr Azərbaycan gəncliyi ötən dövrlərə nisbətən daha məsuliyyətli və gələcəyə yeni hədəflərlə baxan gənclikdir. Son illər gənclərin ölkə və dünya miqyasında təşkilatlanmasına yaradılan şərait nəticəsində onlarla qeyri-hökümət gənclər təşkilatlarının formalaşdırılması Azərbaycan gənclərinin geniş ideya platformasının dünya arenasında açıqlanmasına stimul verməkdədir. Avropanın mədəni mərkəzlərində təşkil olunan gənclər forum, konfrans və seminarları, aksiya və yürüşlər, beynəlxalq təhsil və gənclər mübadiləsi proqramları Azərbaycanın dünyada suveren dövlət kimi imicinin formalaşdırılması, eyni zamanda diaspor fəaliyyətinin genişləndirilməsinə səbəb olmuşdur. Eyni zamanda yuxarıda sadalanan tədbirlər vasitəsi ilə Azərbaycanın vətənpərvər gəncləri Vətənimizin haqq səsini bütün dünyaya yaymaqdadır".

Ş.Gülverdi bildirib ki, gənclərin bütün sadalanan sahələrdə inkişafının başlıca səbəbi ölkəmizdə olan davamlı inkişaf, sosial rifahın yaxşılaşması, onların çoxşaxəli inkişafı, sağlam həyatı üçün yaradılmış şəraitdir: "Müasir gənclərimiz savadlı, dostu düşməndən, ağı qaradan ayırd etməyi bacaran gənclərdir. Əminliklə söyləyə bilərəm ki, 1 noyabr parlament seçkilərində Azərbaycan gəncliyi bu davamlı inkişafa, işıqlı gələcəyə, inamlı sabaha – bir sözlə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək. Bütün varlığımla Azərbaycan xalqının, o cümlədən Azərbaycan gəncliyinin bu tarixi sınaqdan da üzüağ çıxacağına inanıram! Bir gənc kimi Azərbaycan Respublikasının vətəndaşı olmaqdan, Azərbaycan gənci olmaqdan qürur duyuram, Vətənimlə fəxr edirəm! Bu qüruru mənə və mənim kimi bütün gənclərimizə yaşatdığı üçün cənab Prezident İlham Əliyevə təşəkkür edirəm".


Müəllif:

Oxşar xəbərlər