4 Dekabr 2015 13:47
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O uşaqları xilas etmək üçün Avropada olduğu kimi, valideynləri valideynlik hüququndan məhrum etməliyik"

Teleqraf.com xəbər verir ki, bunu "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsi layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. Deputat bəyan edib ki, heç kəs ölkə rəhbərliyini öz dininə qarşı çıxmaqda ittiham edə bilməz: “Mərhum prezident Heydər Əliyev və prezident İlham Əliyev dəfələrlə ziyarətgahlarda olublar. Biz dinimizi ektremistlərdən qorumalıyıq ki, dinimizi hörmətdən salmasınlar. Biz əslində dinimizə sahib çıxmalıyıq. İki təklifim var. Nardaran hadisələri zamanı ürək ağrısı ilə uşaqların çıxışına baxırdım. Bu uşaqları bəzən xilas etmək üçün Avropada olduğu kimi, valideynlər valideynlik hüququndan məhrum edilməlidir. Məncə, biz də bu haqda müzakirə aparmalıyıq.

İkincisi, hesab edirəm ki, xüsusi əməliyyat keçirilirsə, dərhal ictimaiyyət məlumatlandırılmalıdır. Adətən dünyanın fərqli ölkələrində belə hallar baş verəndə hüquq mühafizə orqanlarının rəhbərliyi mütəmadi brifinqlər keçirir. Təklif edirəm ki, qanuna əlavə edilsin ki, belə xüsusi tədbirlər keçirilən zaman hüquq mühafizə orqanlarının rəsmi şəxsləri mütəmadi mətbuat konfransı təşkil etsinlər”.

Nemət


Müəllif:

Oxşar xəbərlər