Şanxay Universitetində çalışan alimlər hazırlanmış maye materialı kəsməyə və ona müxtəlif formalar verməyə müvəffəq olublar.
Belə nəticəni əldə etmək üçün maye qalınlığı 20 nanometr olan hidrofob materialla örtülüb.
İstifadə edilən material xüsusi silikon hissəciklərindən ibarətdir və birtəbəqəlidir. Məhz bunun sayəsində material öz şəffaflığını saxlayır. Alimlər yeni materialı "maye plastilin" adlandırıblar. Hidrofob alətin köməyi ilə maye materiala toxunduqda o, öz formasını saxlayır.