Müsavat Partiyası ilə bu təşkilatın keçmiş üzvü Səxavət Əlisoy arasında növbəti qarşıdurma müşahidə edilir. S.Əlisoy artıq neçənci dəfədir ki, Müsavat rəhbərliyinə qarşı ciddi ittihamlar irəli sürür, bu təşkilatın perspektivinin olmadığını dilə gətirir.
Ötən gün Əlisoy ittihamlarını davam etdirib. Bəyan edib ki, bəziləri nəhayət qanmalıdır ki, partiyasının hakimiyyətə iddialı olduğunu bəyan edən liderinin düzənlədiyi etiraz aksiyasına 200-300 tərəfdar toplanırsa, o zat siyasətdən üzüsulu çəkilməlidir.
Əlisoy hətta bildirib ki, Müsavat Partiyasının rəhbərliyindən bir neçə nəfəri çıxmaq şərti ilə yerdə qalanları şantajla məşğul olurlar.
Keçmiş üzvlərinin son ittihamlarına hələlik Müsavat reaksiya vermir.
Cavidan