“Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur. Düşünürəm ki, dövlətlərarası gərginlik azalarsa, terror aktlarının azalması da müşahidə olunar”.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter” səhifəsində yazıb. Novruz Məmmədov Türkiyə xalqına başsağlığı da verib: “Ankarada terror hadisəsi nəticəsində həyatını itirən insanlara Allah rəhmət eləsin, yaxınlarına səbir, dözüm versin!”
Ayxan