29 Fevral 2016 10:03
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Büdcə-Nəzarət komissiyasının iclasında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, tədbirdə quruma daxil olan ölkələrin parlament üzvləri, MDB PA Şurası Katibliyinin vəzifəli şəxsləri iştirak edəcək.

Toplantıda Parlamentlərarası Assambleyanın fəaliyyətinin maliyyələşdirilməsi, büdcənin formalaşdırılması və icrası məsələləri, habelə bir sıra qərar layihələri müzakirə olunacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər