29 Fevral 2016 18:20
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin yığıncağı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda qərarların icra vəziyyəti və ictimai-siyasi vəziyyət müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Toplantıda Xocalı soyqırımının ildönümü ilə bağlı Ana Fəryadı abidəsinin ziyarəti və digər icraya yönəlik məsələlər müzakirə edildi.

Qərarların icra vəziyyəti müsbət qiymətləndirildi. KXCP Ali Məclisinin növbəti sessiyasının 13 mart 2016-cı il tarixində çağırılması haqqında qərar qəbul olunub. KXCP AM-nin sesiyasının gündəlik layihəsi təsdiqlənib, Ali Məclisin 1/3 tərkibinin tam formalaşması üçün verilən təkliflər müzakirə olunub və uyğun layihələr qəbul edilib. İclasda ictimai siyasi vəziyyət müzakirə edilərək qərarlar qəbul olunub.

Eyni zamanda KXCP sədr aparatının və digər strukturları həftə ərzində görəcəyi işlər müəyyən edilib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər