Bu gün Tərtər rayonunda keçmiş icra hakimiyyəti başçısı Sərdar Həmidovun 3 mərasimi keçirilir.
Bir sıra siyasi, ictimai simalar S. Həmidovu anmaq üçün Tərtərə gediblər. Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavatın sabiq başqanı İsa Qəmbər, başqanın müavini Gülağa Aslanlı və digər partiya üzvləri də Sərdar Həmidovu anmaq üçün onun Tərtərdəki evinə gəliblər.
Onlar S.Həmidovun qardaşı İsgəndər Həmidova və oğlu Şəhriyar Məcidzadəyə başsağlığı veriblər
Qeyd edək ki, S.Həmidov fevral ayının 28-də dünyasını dəyişib.