4 Mart 2016 13:20
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşması çox tez zamanda başa çatmalı, sədri təyin edilməli, nizmanamə təsdiq edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Vahid Əhmədov bildirib.

Deputat bank sistemi ilə bağlı islahatların vacib olduğunu bəyan edib. Onun sözlərinə görə, problemli kreditlər, dollarla verilmiş kreditlərin taleyi bağlı məsələ də tezliklə həllini tapmalıdır:

“Bunu hökümət, Mərkəzi Bank, yeni palata həll edəcək. Danışıqlar müsbət həllini tapmalıdır. Biz bankların bağlanmağının tərəfdarı olmamışıq. Bankların tərmərküzləşmə prosesinə tərəfdar olmuşuq və onlar aşağı faizlə sahibkarlara kreditlər verməlidir. Təəssüf ki, bir neçə bankın bağlandığını müşahidə etdik və bu da insnalar üçün problemlər yaratdı. Maliyyə bazarlarına nəzarət mexanizmi dəqiq işlənib hazırlanmalıdır və bununla bağlı qanunun qəbul edilməsinə ehtiyac var”.

Nemət


Müəllif:

Oxşar xəbərlər