10 Mart 2016 13:23
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda 4-cü Qlobal Bakı Forumu keçirilir. Dünya ölkələri bir araya gələrək Davos İqtisadi Forumu, Münhen Təhlükəsizlik Forumu keçirir. Amma Bakıda keçrilən Qlobal Bakı Forumu heç də o biri forumlardan geridə qalmır”.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Onun sözlərinə görə, əksinə, dünya üçün Qlobal Bakı Forumunun əhəmiyyəti daha böyükdür. O, deyib ki, 50-dən çox ölkədən 300-dən artıq nümayəndənin iştirak etdiyi bu forumda çox önəmli, müharibələr və iqtisadi böhranların başlanğıcı olan humanitar sahəyə dünyanın diqqəti yönəldilir.

"Azərbaycan yeganə ölkələrdəndir ki, dünyaya barış mesajları göndərir, multikultarizm və tolerantlıq təbliğ edir. Azərbaycan bu gün hamını düşündürən və həyata keçirməyinə cürət etmədiyi bir missiyanı həyata keçirir . Forumda dünyanı narahat edən bir çox məsələlər müzakirə olunacaq və müxtəlif ölkələrdən iştirak edən siyasətçilər dünyada humanitar sahədə mövcud qlobal problemlərdən danışacaqlar"-deyə, millət vəkili sözlərinə əlavə edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər