11 Mart 2016 16:27
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat: “Sosial proqramlarda ixtisarın olmadığı dövlətin vətəndaşların yanında olduğunu göstərir”

“2016-cı ilin dövlət büdcəsinə edilən dəyişikliklər çox vacib və əhəmiyyətlidir. Dünyada baş verən iqtisadi böhran və neftin qiymətinin kəskin aşağı düşməsi fonunda belə bir dəyişikliklərin edilməsi zəruri idi. Bir sıra ölkələr hazırki mürəkkəb vəziyyətlə əlaqədar öz büdcələrinə yeniliklər edirlər. Bilirsiniz ki, 2008-ci ildən dünyada başlayan iqtisadi böhran ölkəmizə uzun müddət təsir etmədi. Bu böhranı biz indi müəyyən qədər hiss edirik. Ona görə də, hökumət tərəfindən zəruri addımlar atılır ki, dünya iqtsadi böhranından minimum itkilərlə çıxaq. Eləcə də, sosial proqramların heç bir ixtisar olmadan həyata keçirilməsi dövlətin hər zaman vətəndaşların yanında olduğunu göstərir”. Bunu millət vəkili Sona Əliyeva deyib.

Deputat bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin hazırki şəraitdə həyata keçirdiyi siyasət onu deməyə əsas verir ki, iqtisadi cəhətdən yeni inkişaf mərhələsi başlanır: “ Əslində qarşılaşdığımız problemlər qeyri-neft sektorununun potensialını yenidən dəyərləndirməyə, bu sahədə daha çevik və səmərəli fəaliyyətə başlamağa sövq edir. Bu gün qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli addımlar atılır və görülən işlər iqtisadiyyatın neftdən asılılığını götürmək üçün çox böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatını daha da inkişaf etdirmək, yerli isthesalı artırmaq, ixrac potensialını yüksəltmək bu baxımdan önəmlidir. Mən Şəmkir rayonunu təmsil etdiyim üçün deyə bilərəm ki, aqrar rayon olaraq kənd təsərrüfatı sahəsində öz ənənələri formalaşmış bir rayondur və gələcək bütün fəaliyyətlər də bu sahənin inkişaf etdirilməsinə yönəlib. Rayonumuzda meyvə-tərəvəz, bostan bitkiləri yetişdirilir, heyvandarlıq da geniş yayılmış məşğulluq növüdür. Məlumat üçün deyim ki, respublikada 3000 hektar istxana altında torpaq var, onun da 1600 hektara yaxını Şəmkirdədir. İstehsal etdiyi məhsullarla rayon nəinki özünü təmin edir, həm respublika, həm də Rusiya bazarlarına da məhsullarımız ixrac olunur”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər