28 Mart 2016 14:11
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan martın 27-də Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar da olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyir. Terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusilə narahatedici məqamdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.

“Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir”, - deyə H.Hacıyev vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər