29 Mart 2016 13:16
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim fəaliyyətimiz davam edir. Anti-böhran Koalisiyası müxalifətin toplaşdığı ən böyük birlikdir. Bu birliyi yaşatmaq həm də müxalifət düşərgəsinin bir araya gəlmək ümididir. Ancaq bayramlarla əlaqədar iclaslar keçirilmədi. Sabahdan fəaliyyətimiz və iclaslarımız davamlı olacaq”.

Bunu Koalisiyanın nümayəndəsi Tural Abbaslı deyib.

T.Abbaslı qeyd edib ki, öncədən müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulub və bununla bağlı iş planı hazırlanıb: “Bu istiqamətdə işlər ardıcıl aparılır. Lakin təbii ki, müzakirə və diskussiya mövcuddur. Eləcə də digər partiyalara verdiyimiz təkliflərin cavabı təhlil olunur. Belə davam etsə, yaxın zamanlarda, bəlkə də, müxalifətin vahid güc mərkəzi Anti-böhran Koalisiyası olacaq”.

Tural Abbaslı əlavə edib ki, aprel ayında böyük bir tədbir keçirməyi planlaşdırırlar: “Əlbəttə mitinqlər, toplantılar, dəyirmi masaların keçirilməsi söhbətləri də var. Ancaq biz mitinqə qədər dəyirmi masalar, böyük tədbirlər keçirəcəyik. Hələlik apreldə böyük bir tədbirin keçirilməsi qərarı verilib. Hazırda onun vaxtı dəqiqləşdirilir”.

Koalisiyanın üzvü Müsavat və AXCP-nin təkliflərinə göstərdiyi reaksiyanı da şərh edib: “Müsavatın cavabı oldu. Deyiblər ki, bunu müzakirə edək, analizdən keçirək və sonra cavab verək. Bu partiyalar təklifimizi rədd etmələrinin cavabını izah etsinlər. Nəyi rədd edirlər? Diskussiyanı, bir araya gəlməni, yoxsa birgə fəaliyyəti? Bəyəm, bunların özləri təkbaşına o qədər güclüdür ki, mübarizə apara biləcəklər? Əslində, bu təklifləri irəli sürmək bizim xalqımız qarşısında mənəvi borcumuz idi. Mesaj verildi ki, biz birliyin tərəfdarıyıq. Xalq gördü ki, kim birlikdən qaçır və nəyə görə qaçır. Onlar hesabat versinlər, əgər verə bilirlərsə. Əslində, nəticə etibarilə bir araya gəlmək istəmirlər. Səbəb də korporativ maraqlarıdır. Guya hakimiyyətə gələ bilərlər və bu zaman hakimiyyəti bölmək istəmirlər. Belə utopik fikirləri var”.

Cabbar


Müəllif:

Oxşar xəbərlər