11 Aprel 2016 14:17
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda İsraildəyəm. Bura səhhətimdə yaranan problemlərə görə gəlmişəm. İndi özümü yaxşı hiss edirəm. Uşaqlar həkimə apardılar, düzəlmişəm. Xəstəliyimlə bağlı gəldiyim üçün xüsusi görüşlər keçirmirəm”.

Bunu Teleqraf.com-a açıqlamasında hazırda İsraildə müalicə olunan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

N.Cəfəroğlu qeyd edib ki, hazırda övladlarının yanındadır və növbəti bazar günü Bakıya dönəcək: “Uşaqlar hər şeyi yoluna qoyub. Gələn həftənin sonu Bakıda olacam”.

Hüquq müdafiəçisi daha sonra qeyd edib ki, İsraildə olduğu müddətdə müşahidələr aparıb, sadə insanlarla görüşlər keçirib: “İsrail bizi dəstəkləyir və müdafiə edir. Hamı bizim tərəfimizdədir. İsrailin radiostansiyaları verilişlərində tərəfimizi tutur. Burada olduğum müddətdə həm azərbaycanlılar, həm də Azərbaycandan gələn yəhudilərlə təmaslar qururam. Onlar cəbhədə baş verən hadisələrdən məyus olmuşdular. Ancaq dedilər ki, Azərbaycan düz edir, nə qədər belə hala dözmək olar?

İsraildə Xocalı qətliamı məsələsini qaldırıblar, bu hadisə ilə bağlı vəhşi səhnələri insanlara çatdırıblar. İsraildə xüsusi bir park açılıb və orada Xocalı qətliamında öldürülən 613 nəfərə görə simvolik 613 ağac əkilib”.

Cavad


Müəllif: