12 Aprel 2016 13:23
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisində təmsil olunan bütün siyasi partiyalar - hakim Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası və bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq nümayəndələrinin siyahısını parlamentə təqdim ediblər.

"Report"un xəbərinə görə, siyahıda Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazovun adı var.

MSK-nın 2010-cu ildə formalaşan tərkibindən iki nəfərin- Tamam Cəfərovanın və Akif Qurbanovun adı çıxarılıb, onların yerinə isə Hüseyn Paşayev (YAP) və İlkin Şahbazovun (Sosial Rifah Partiyası) adı əlavə olunub.

A.Qurbanov Ümid Partiyasının MSK-dakı təmsilçisi idi. Lakin 2015-ci ildə keçirilən parlament seçkilərində Ümid Partiyası deputat mandatı qazana bilməyib.

Məsələ Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

MSK-nın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb, tərkibi 18 üzvdən ibarətdir. Komissiya üzvlərini Milli Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəf deputatların irəli sürdüyü namizədlər əsasında Milli Məclis təsdiqləyir.

MSK-nın 2010-cu ildə formalaşan tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.


Müəllif:

Oxşar xəbərlər