ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığının gedişində növbəti dəfə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb. Görüşdə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vaciobliyi qeyd olunub.