BMT-nin baş katibi Pan Gi Munun Cənubi Qafqaza aprelin sonuna planlaşdırılan səfəri baş tutmayacaq.
"Report" RİA Novosti saytına istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.
"Baş katib regiona səfər etmək istəsə də mühüm səbəblərə görə, həmin günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaza səfərin müddətlərinə yenidən baxılacaq", - mətbuat katibliyindən bildiriblər.
BMT-nin baş katibi Azərbaycan, Ermənistan və Gürcüstana aprelin 25-dən 27-nə qədər ilk dəfə səfər etməyi planlaşdırırdı.
Pan Gi Mun Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək niyyətində idi.
Bu xəbəri BMT-nin Azərbaycandakı ofisində təsdiqləyiblər.