"Dağlıq Qarabağ ətrafında hazırki vəziyyətdə təmkin göstərmək tələb olunur və əsas vəzifəmiz növbəti belə hadisələrə yol verməməkdən ibarətdir".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib:
"Hazırda Dağlıq Qarabağda sabitliyi bərpa etmək əsas şərtdir. Güman edirik ki, tərəflər uzunmüddətli sülh əldə olunması üçün danışıqlar prosesini bərpa edəcəklər. Dialoqun bərpası çox vacibdir. Hazırda əsas məqsəd Dağlıq Qarabağda qoşunların təmas xəttində növbəti dəfə zorakılıq səviyyəsini yüksəlməsinin, qan tökülməsinin qarşısını almaq və danışıqlar prosesini bərpa edib sürətləndirəcək ab-havanın yaradılmasıdır".
Samir