30 Aprel 2016 12:40
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Argentinanın xarici işlər və etiqad naziri Susana Malkorra ilə görüşüb.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin zəngin gündəliyə malik olduğu bildirilib. Qeyd olunub ki, iki ölkə bu münasibətləri daha da inkişaf etdirmək potensialındadır.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin mühümlüyü vurğulanıb, əlaqələrin inkişaf etdirilməsində, o cümlədən iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə ölkəmizin yerləşdiyi regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər