6 May 2016 11:25
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qənaətimə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasındakı fikir ayrılıqlarının bir neçə səbəbi var: Birinci səbəb Əhməd Davudoğlunun xarici siyasət strategiyasının iflasa uğraması, baş nazirin hökumət rəhbərindən daha çox siyasi icmalçı kimi davranmasıdır. Ərdoğana siyasətlə məşğul olan baş nazir lazım deyil, o özü bu işin öhdəsindən gəlməyi bacarır və həm də xoşlayır. Çox güman ki, indiki şəraitdə Türkiyənin hakim komandasına Əhməd Davudoğlunun “qonşularla “0” problem” strategiyasının fəsadlarını aradan qaldıra və “təsərrüfat işlərinə” daha çox vaxt ayıra biləcək baş nazir lazımdır”.

Teleqraf.com-un məlumatına görə, bunu politoloq Elçin Mirzəbəyli bildirib.

Politoloq əlavə edib ki, fikir ayrılıqlarının başqa bir səbəbi, hakim partiyanın və komandanın daxilində yaranmış vəziyyətlə bağlıdır: “Şahidi olduğum, amma detallarını açıqlamayacağım bir faktı qeyd etməklə fikirlərimi əsaslandırmaq istəyirəm: Türkiyənin hakim partiyasının bəzi yetkililəri deyirlər ki, əgər hörmətli Ərdoğanın gün işığından gözü qamaşarsa və o qaşını çatıb üzünü kənara çevirərsə, həmin anda kimsə tamamilə təsadüfən onun ani və qıyqacı bir baxışına tuş gələrsə, vəssalam, ətraf həmin adamı bitirmək üçün əlindən gələni edəcək.

Səbəblər arasında Türkiyənin mövcud siyasi sisteminin dəyişdirilməsinə hesablanmış Konstitusiya islahatları amili də var. Yeni baş nazirin əsas vəzifələrindən biri də Konstitisiya islahatları ilə bağlı prosesin uğurla yekunlaşdırılması olacaq”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər