Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə görüşüb
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Makedoniya ikitərəfli münasibətləri müzakirə edilib.
Eyni zamanda qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.