26 May 2016 12:19
2 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 iyun Gəncə qiyamının növbəti ildönümü yaxınlaşdıqca mərhum prezident Əbülfəz Elçibəyin ətrafında müzakirələr yenidən aktivləşib.

Bir çox şəxs qiyamdan sonra iyunun 17-də prezident Elçibəyin heç kimlə görüşmədən və məsləhətləşmədən Bakını tərk edərək doğulduğu Kələki kəndinə getdiyini, öz silahdaşlarına bu haqda informasiya vermədiyini iddia edir.

Onlar bu faktdan çıxış edərək mərhum prezidentin o zaman hansısa siyasi oyunlar qurduğuna dair fikir formalaşdırmağa cəhd göstərirlər.

Teleqraf.com xəbər verir ki, prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bu iddiaları alt-üst edib.

Prezidentin sabiq köməkçisi bəyan edib ki, Əbülfəz Elçibəy Bakını tərk etməzdən öncə bir sıra görüşlər keçirib: “İyunun 17-də Əbülfəz Elçibəyin xeyli görüşləri olub. Ən son görüş - toplantısı isə gecə saat 22.00 radələrində baş tutub. Bu zaman prezident Elçibəy Azərbaycan Xalq Cəbhəsinin üç rəhbər strukturu ilə görüş keçirib. Bunlar AXC-nin İcraiyyə Komitəsi, Nəzarət Təftiş Komissiyası və Rəyasət Heyətinin üzvləri olub”.

Nemət


Müəllif:

Oxşar xəbərlər