31 May 2016 17:56
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Müsavat Partiyasının humanitar şöbəsinə rəhbərlik edən, partiyanın sonuncu qurultayından sonra əsasən pedaqoji fəaliyyətini bərpa edən kimya elmi üzrə fəlsəfə doktoru Səftər Nəhmətov vəfat edib.

Xatırladaq ki, bir neçə gün öncə Teleqraf.com Səftər Nəhmətovun səhhətində problemlərin yarandığı, xəstəxanaya aparıldığı haqda xəbər yaymışdı.

Məlumat üçün deyək ki, Səftər Nəhmətov Milli Azadlıq Hərəkatının fəallarından olub, AXC hakimiyyəti dövründə Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. Eyni zamanda 20 yanvar hadisələrinin araşdırılması üzrə qurulan komissiyanın katibi olub.

Tanınmış alim son illər mətbuatda məqalələrlə çıxış edirdi.

Səftər Nəhmətov həm də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Ali Məclisinin üzvü idi.

Nemət


Müəllif:

Oxşar xəbərlər