3 İyun 2016 11:12
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün tvitter hesabında yazıb.
“Biz Ermənistan xarici işlər naziri ilə ATƏT-in insidentləri araşdırma mexanizminin yaradılması təklifi, o cümlədən Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı müzakirələr apardıq”- deyə Ceyms Uorlik qeyd edib.

Qeyd edək ki, həmsədrlərlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında mayın 31-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər