8 İyun 2016 16:48
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır".

Bunu Azərbaycan xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma rejimin danışıqlar prosesinə qoşulması barədə bəzi xarici ölkə rəsmilərinin açıqlamalarını şərh edərkən bildirib.

H.Hacıyev vurğulayıb: "Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır. ATƏT sənədlərində də qeyd olunduğu kimi, münaqişədə maraqlı tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları bərabər hüquqa malikdir". (“Trend”)


Müəllif:

Oxşar xəbərlər