24 Noyabr 2016 12:08
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Lill” futbol klubunun baş məşqçisi Frederik Antonetti ilə müqaviləyə xitam verib.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rəhbərliyin 55 yaşlı çalışdırıcı ilə əməkdaşlığa son qoymasına səbəb kimi cari mövsümdə qeydə alınan uğursuz nəticələr göstərilib.

Antonettinin istefasından sonra komanda müvəqqəti olaraq Patrik Kolloya tapşırılıb.

Qeyd edək ki, Fransa çempionatında 13 oyundan cəmi üçündə qələbə qazanan “Lill” hazırda 19-cu pillədə yer alır.


Müəllif:

Oxşar xəbərlər