Rusiyada hər il keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin rəsmi saytı yarışın yekunları ilə bağlı yazı dərc edib.
Qol.az-ın xəbərinə görə, yazıda Azərbaycanın U-19 millisinin turnirdəki çıxışına da toxunulub.
Bildirilir ki, Azərbaycanın turnirdə 9-cu yeri tutması ədalətli olmayıb: “Komandanın baş məşqçisi Təbriz Həsənov və komandanın digər məşqçiləri bütün turnir boyu başlarını tutaraq buraxılan qol imkanlarını məyusluqla izləyirdilər. Halbuki komanda həmişə meydanda ərazi üstünlüyünə malik idi. Amma neyləmək olar, qalib gəlmək üçün gərək qol vurasan”. Ruslar Qazaxıstanın yeniyetmələr millisi və onun gənc məşqçisi Aleksandr Kuznetsovu isə turnirin kəşfi adlandırıb. Qeyd edək ki, qazaxlar finalda Rusiyaya uduzaraq ikinci yeri tutublar. |