Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Teleqraf.com-un məlumatına görə, Roman Qriqorçukun komandası Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Oyun "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qarşılaşma "Qəbələ"nin Antalyada 4-cü - sonuncu sınağı olub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klubları ilə üz-üzə gəlib.
Yoxlama oyunu
18:00. “Qəbələ” – “Şkendiya” (Makedoniya) - 2:1
Qollar: Filip Ozobiç, 38, Araz Abdullayev, 77
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 15. Vitali Vernidub, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov
Ehtiyat oyunçular: 33. David Piterzkeviç, 21. Roman Hüseynov, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 27. Teo Uiks, 30. Ramazan İsayev, 13. Murad Musayev, 29. Hacıağa Hacıyev, 8. Qismət Alıyev, 18. Baqali Dabo, 3. Vojislav Stankoviç