10 İyul 2014 13:21
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinalı ulduz Hollandiya ilə yarımfinal oyunundan sonra öz hisslərini dilə gətirib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, Messi jurnalistlərə açıqlamasında bildirib: "Bu uğurun bir hissəsi olduğum üçün qürur hissi keçirirəm! Bu, çox möhtəşəm bir hissdir! Belə oyun. Bu inanılmazdır! Biz finaldayıq! Arzumuzun yerinə yetməsi üçün kiçik bir addımımız qalıb. Bütün azarkeşlərimizi təbrik edirəm!"

Qeyd edək ki, Hollandiya ilə yarımfinal qarşılaşmasının əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə bitdiyindən finalçı penaltilər seriyası ilə müəyyənləşdirilib. Burada daha dəqiq oynayan argentinalılar 4:2 hesablı qələbə qazanıb.

/trend/


Müəllif: