14 İyul 2014 10:08
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DÇ-2014"ü dördüncü pillədə başa vuran Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib.

Komandanın mundialdakı çıxışından narazı qalan Braziliya Futbol Konfederasiyasının rəhbərliyi 65 yaşlı mütəxəssislə yollarını ayırıb.

Skolari ilə yanaşı, bütün məşqçi heyəti də istefa verib. Hələlik Skolarini kimin əvəzləyəcəyi məlum deyil.

Qeyd edək ki, Skolarinin istefası komandası "DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra gündəmə gəlib. Braziliyanın üçüncü yer uğrunda oyunda Hollandiyaya da 0:3 hesabı ilə uduzması federasiyanın təcrübəli mütəxəssislə yollarını ayırmasına səbəb olub.

Xatırladaq ki, Braziliya yığması Skolarinin rəhbərliyi altında 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında qızıl medallara sahib çıxmışdı./qol.az/


Müəllif:

Oxşar xəbərlər