Teleqraf.com-un məlumatına görə, Adil Əliyev bildirib ki, Kikboksinq Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblilərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Bakı şəhəri, eləcə də regionlardakı orta ümumtəhsil məktəblərində kikboks məşqlərinə start verilib:
“İşlə təmin olunmaq istəyən boks və kikboks müəllimləri mənə müraciət edə bilərlər. Çalışacağıq ki, qısa müddət ərzində onların müraciətlərinə baxaq və Federasiyamızın məşqçilik sertifikatını təqdim etməklə işlə təmin edək”.
Kəmalə