23 Noyabr 2017 21:38
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin “Traxtur” futbol klubu hakim idarəçiliyinə növbəti dəfə etiraz edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə klubun icraçı direktoru Mustafa Acorlu İran Liqa Təşkilatının rəisi Heydər Bəharvəndə etiraz məktubu göndərib.

O, “Perspolis”, “İstiqlal”, “Siyah Cameqan” və “Sepahan” komandaları ilə görüşdə hakimlərin yanlış qərarlarına etirazını bildirib:

“Bundan öncə “Traxtur”un oyunlarında hakimlərin səhvləri barədə çoxlu yazışmalarımız olub. Biz dəfələrlə həm Liqa Təşkilatı, həm də Hakimlər Komitəsindən hakimlərin seçimində diqqətli olmalarını istəmişik. Buna baxmayaraq yenə də hakimlərin silsilə yalnışlarına şahid oluruq. Mən “Perspolis”, “İstiqlal” və “Siyah Cameqan”la oyunlarda hakimlərin “Traxtur” klubu və onun tərəfdarlarına qarşı etdiyi zülmü nəzərə alaraq dəfələrlər xahiş etmişəm ki, hakim məsələsində daha diqqətli olmaları üçün göstəriş verəsiniz. Lakin “Sepahan” komandası ilə də eyni hakim faciəsini yaşadıq. Bu göstərdi ki, kimsə bu şəraiti dəyişdirmək fikrində deyil.

“Sepahan”la görüş elə proqnoz verdiyimiz kimi də oldu, yenə də klubumuza qarşı ayrı-seçkilik edildi. Hakim oyunun birinci hissəsində “Traxtur”un lehinə verilməli olan bir penaltini gözardı etdi. İkinci hissədə isə “Sepahan”ın xeyirinə olaraq yalnış bir penalti qərarı verildi, həmçinin hakimin səhvi nəticəsində “Traxtur”un bir oyunçusu oyundan ixrac edildi.

Bununla da super liqa yarışları çərçivəsində keçirilən 12 görüşdən 4-də hakimin səhvi nəticəsində bir çox xal itirdik. Bu vəziyyət klub və onun tərəfdarlarına qarşı böyük zülmdür”.

M.Acorlu həmçinin vurğulayıb ki, artıq “Traxtur”un haqqı tapdalandığı dördüncü oyun da sona çatıb:

“Təbii ki, nəticələri dəyişmək də mümkün deyil. Amma bu gedişatın gələcəkdə təkrar olunmayacağına dair bir qaranti varmı? Mən milyonlarla “Traxtur” tərəfdarının nümayəndəsi kimi sizdən tələb edirəm ki, komandamıza qarşı hakimlər tərəfindən edilən zülm və ayrı-seçkiliyə cavabdeh olun, sözügedən hakimlərə qarşı tədbir görərək son vəziyyəti bizə elan edin!”


Müəllif: Samir

Oxşar xəbərlər