25 Aprel 2014 16:04
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti mövsümdə Şimali İrlandiya və Xorvatiyanı UEFA Çempionlar Liqasında təmsil edəcək komandalar bəlli olub.

Teleqraf.com xəbər verir ki, Şimali İrlandiyada ölkə çempionu adını “Kliftonvill” komandası qazanıb və növbəti mövsümdə ÇL-də ölkəsinin şərəfini qoruyacaq.

Xatırladaq ki, "Kliftonvill" Estoniyanın “Levadiya”, Uelsin “Nyu-Seynts”, Farer adalarının “Torshavn”, Cəbəllütariqin "Linkoln Red İmps" komandaları, həmçinin, adı hələlik bəlli olmayan Andorra, San-Marino və Ermənistan çempionları ÇL-ə birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Azərbaycan çempionu isə ÇL-ə ikinci təsnifat mərhələsindən başlayacaq.

Mübarizəyə məhz ikinci mərhələdən başlayacaq Xorvatiyanın çempionu adını isə yenə də Zaqreb "Dinamo"su qazanıb.

Qeyd edək ki, hazırda ÇL-in birinci və ikinci təsnifat mərhələlərinin 38 iştirakçısından 17-nin adı bəllidir:

1-ci təsnifat mərhələsi

Kliftonvill (Şimali İrlandiya), Levadiya (Estoniya), Nyu-Seynts (Uels), Torshavn (Farer adaları), Linkoln Red İmps (Cəbəllütariq), eləcə də Andorra, San-Marino və Ermənistan çempionları.

2-ci təsnifat mərhələsi

Zalsburq (Avstriya), Seltik (Şotlandiya), BATE (Belarus), Dinamo (Zaqreb, Xorvatiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), HJK (Finlandiya), Malmö (İsveç), Reykyavik (İslandiya), Stromsqodset (Norveç), St Patricks (İrlandiya), Jalgiris (Litva), eləcə də Çexiya, Rumıniya, İsrail, Polşa, Serbiya, Slovakiya, Bolqarıstan, Macarıstan, Sloveniya, Gürcüstan, Azərbaycan, Bosniya və Herseqovina, Moldova, Montoneqro, Makedoniya, Albaniya, Malta və Lüksemburq çempionları.

Sonda onu da bildirək ki, ÇL-in birinci və ikinci təsnifat mərhələlərinin püşkü iyunun 23-də atılacaq.


Müəllif: