22 Dekabr 2017 13:53
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fatih Teriminin “Qalatasaray” klubuna baş məşqçi təyin edilməsinə “Barselona”nın türkiyəli futbolçusu Arda Turan münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, fikirlərini Tvitterdə paylaşıb:

“Fatih Terim “Qalatasaray”ın həmişə baş məşqçisidir və indi yenə gəlməlidir”.

Fatih Terim də bu təyinata Tvitter hesabından reaksiya verib:
“Harda qalmışdıq…#Galatasaray”.

Bu arada, Terimin klubla müqavilə bağlayacağı vaxt və yer də açıqlanıb. İmzalanma mərasimi bu gün Bakı vaxtı ilə 17:00-da Türk Telekom stadionunda baş tutacaq.

Qeyd edək ki, Terim Türkiyə millisinin baş məşqçisi olarkən Arda Turanı yığmadan qovmuşdu.


Müəllif: Samir

Oxşar xəbərlər