21 İyun 2018 23:39
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, ilk olaraq C qrupunda ikinci turun matçları oynanılacaq.

Əvvəlcə meydana Danimarka və Avstraliya yığmaları çıxıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Fransa millisi Peru yığması ilə qarşılaşacaq. Danimarka ilə matçda pis təsir bağışlamasına baxmayaraq, Cənubi Amerika təmsilçisi xalsız qaldı. Fransa isə çətinliklə də olsa Avstraliyanın müqavimətini qıra bilmişdi. Bu gün Danimarka və Fransa yenidən qələbə qazansa, o zaman hər iki kollektiv son turun nəticələrindən asılı olmayaraq 1/8 finala adlayacaq.

Günün son matçında isə Argentina və Xorvatiya yığmaları görüşəcək. D qrupunda ikinci turun ilk matçına maraq böyükdür. Çempionatın favoritlərindən olan, lakin birinci oyunda qələbəyə həsrət qalan Argentina yığması xorvatlarla görüşdə mütləq qələbə qazanmalıdır. Əks halda Messi və komanda yoldaşları mundialla elə qrup mərhələsində vidalaşa bilərlər. Xorvatiya isə ardıcıl ikinci qələbəsini qazansa, 1/8 finala yüksələcək.

DÇ-2018

21 iyun

II tur

C qrupu

19:00. Fransa - Peru - 1:0 (İkinci hissə)
Qol:
Kilian Mbappe, 34
Baş hakimlər: Məhəmməd Abdulla Məhəmməd (BƏƏ)

Yekaterinburq, "Yekaterinburq Arena"

16:00. Danimarka - Avstraliya - 1:1
Qollar: Kristian Eriksen, 7 (1:0), Mayl Yedinak, 38-pen (1:1)
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Samara, "Samara Arena"

D qrupu

22:00. Argentina - Xorvatiya - 0:3 (İkinci hissə)

Qol: Ante Rebiç, 53, Luka Modriç, 81
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu

Nigeriya - İslandiya


Müəllif: Ruslan