26 İyun 2018 23:53
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün DÇ-2018-in daha iki qrupun oyunlarına yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, keçirləcək dörd oyunla 1/8 finalın növbəti iki iştirakçısı müəyyənləşəcək. D qrupunda pley-offa vəsiqəni təmiş etmiş Fransa Danimarka ilə qarşılaşıb.

Skandinaviyalılara qrupdan çıxmaq üçün bir xal da bəs edird. Məğlubiyyət isə komandanın işini çətinə sala bilərdi. Qolsuz bərabərlik Fransanı lider, Danimarkanı isə qrup 2-cisi olaraq 1/8 final mərhələsinə çıxarıb. Növbəti mərhələdə Fransa D qrupunun 2-cisi, Danimarka isə həmin qrupun 1-cisi ilə qarşılaşacaq.

Qrupun eyni saatda başlayan digər oyununda isə Avstraliya və Peru milliləri üz-üzə gəliblər. Avstrailiyanın qələbə sayəsində 2-ci yerlə pley-offa çıxmaq şansı var idi. Autsayder perulular üçün isə bu görüş formal xarakter daşısa da, onlar mundiala inamlı qələbə ilə yekun vurublar - 2:0.

Əsas diqqətlər D qrupuna yönəlib. Burada Nigeriya Argentina, İslandya isə Xorvatiya ilə qarşılaşır. Xorvatlar pley-offa yüksəldiyindən bu görüş İslandiya üçün daha əhəmiyyətlidir. İslandiya qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. Eləcə də Messinin kapitan olduğu Argentina millisi 1/8-ə yüksəlmək üçün mütləq Nigeriyaya qalib gəlməli və islandların Xorvatiya ilə oyunda xal itirməsinə ümid etməlidir.

D qrupu

22:00. Nigeriya - Argentina - 1:1
Qol: L. Messi, 14 V. Mozes, 51-penalti

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. İslandiya - Xorvatiya - 1:2
Qollar: M. Badel, 53 (0:1) Siqurdsson, 76-pen (1:1), Perişiç, 90 (1:2)

Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)

Rostov-Don, "Rostov Arena"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər