20 İyul 2018 07:49
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada vergidən yayınan "Real"ın sabiq futbolçusu Kriştiano Ronaldo "Yuventus"a keçidinə qədər bu problemini müəyyən qədər həll edib.

Portuqaliyalı hücumçu 18.8 milyon avro məbləğində cərimənin 13.5 milyon avrosunu ödəyib. Onun 5.3 milyon avro borcu qalıb.

Qeyd edək ki, Ronaldonun "Real"dan ayrılmasının əsas səbəblərindən biri də məhz verg ilə bağlı olduğu iddia olunurdu. Madrid klubu ona köməkdən imtina etdiyi üçün 33 yaşlı oyunçunun ayrılmaq qərar verdiyi iddia olunur.

/Qol.az/


Müəllif: Teleqraf.com