1 Oktyabr 2018 01:17
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, komandamız yaxşı oyun sərgilədi. Bir çox qol epizodundan istifadə edə bilmədik. Narazı qaldığımız əsas mələsə bu idi. Sadəcə, bu gün yox, hər oyun belədir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Sumqayıt”ın Prezidenti Riad Rəfiyev Topaz Premyer Liqanın 6-cı turunda doğma meydanda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, hər oyuna qalibiyyət üçün çıxdıqlarını söyləyib: “Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmağımız pis nəticə deyil. Bilirsiz ki, bizim büdcəmiz məhduddur. Amma hələ ki çempionatın başlanğıcındayıq. Qazandığımız nəticələrin bizi qane edib-etmədiyini demək üçün hələ tezdir. Ən önəmlisi mövsümün sonunda neçənci pillədə olacağımızdır. Hər oyuna qalibiyyət üçün çıxırıq. Məqsədimiz maksimum xal toplamaqdır. Qismət olsa, Avrokuboklara da vəsiqə qazanarıq. Əsas odur ki, futbolçularımız zədə almasın”.

Klub Prezidenti futbolçuları Atilla Yıldırım və Aleksey İsayevin milli komandaya cəlb olunması xəbərlərinə də münasibət bildirib: “Biz istəyərdik ki, “Sumqayıt”dan milli komandamıza cəlb olunan futbolçuların sayı çox olsun. Bu, bizi sevindirər. Ancaq Aleksey İsayev və Atilla Yıldırımın milliyə cəlb olunması yığmanın baş məşqçisi Qurban Qurbanovun qərarından asılıdır. Lazım bilsə, onları çağıracaq”.

R. Rəfiyev son olaraq, “Kapital Bank Arena”da gedən təmir işləri ilə bağlı danışıb: “Stadionumuzda yeni tribunanın tikintisi barədə danışıqlar son mərhələdədir. Ot örtüyü ilə bağlı deyə bilərəm ki, hava şəraiti normal olsa, noyabr ayının ortalarından oyunlarımızı doğma şəhərimizdə keçirə bilərik. Yeni tikiləcək tribunada həm azarkeşlər, həm də jurnalistlər üçün yaxşı şərait olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər