4 Noyabr 2018 00:51
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir.

Teleqraf.com xəbər verir ki, mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Məmmədov yalnız final görüşündə uduzaraq qitə birinciliyinin gümüş medalını qazanıb. Bosniya və Herseqovina, Ermənistan, Almaniya, Gürcüstan və İtaliya idmançılarına qalib gələn Azərbaycan cüdoçusu həlledici qarşılaşmada Kosovo təmsilçisinə məğlub olaraq ll yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günü cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər