Azərbaycan əsilli idmançı Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında boks üzrə Rusiya çempionu olub.
Ümumrusiya boks forumu çərçivəsində təkbətək döyüş Anapada keçib.
25 yaşlı Səmədov 10 raundluq təkbətək döyüşdə Visxan Murzabəyova qalib gəlib və prezident Kuboku üzrə seçmə yarışın yarımfinalına çıxıb. Prezident Kuboku üzrə seçmə yarışda Səmədov daha bir rusiyalı Ayk Şahnazaryanla görüşəcək. Döyüş bu ilin aprelində keçiriləcək.
Səmədovun aktivində 8 qələbə (1 nokautla) və 1 məğlubiyyət var. Qeyd edək ki, Elnur Səmədov Astara rayonunun Şahağacı kəndində anadan olub.
V.Murzabəyov isə 18 qələbəyə (12 nokautla) imza atıb və 4 dəfə məğlub olub.