17 Mart 2019 18:39
2 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterbuqda qarışıq döyüş növləri üzrə turnir keçirilib.

Azərbaycanlı idmançı Tural Rəhimov döyüşlərin birində məğlubedilməz Əhməd Şervaniyevlə qarşılaşıb.

Döyüş ilk raundda başa çatıb. T. Rəhimov rəqibini nokauta göndərərək qələbə qazanıb.

Qeyd edək ki, Ə. Şervaniyev Qroznı şəhərinin “Ahmat” klubunu təmsil edir.

T. Rəhimov 2012-ci ildə Azərbaycandan Sankt-Peterburqa köçüb. O, Ə. Şervaniyevlə döyüşə Bakıda hazırlaşıb.

/Oxu.az/


Müəllif: Teleqraf.com