26 Mart 2019 07:25
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu və kapitanı Kriştianu Ronaldo Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı oyunda zədələnib.

Teleqraf.com xəbər verir ki, K.Ronaldo ilk hissənin ortasında zədələnib və 29-cu dəqiqədə Pitsi ilə əvəzlənib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb. Oyunda Duşan Tadiç (7-ci dəqiqə, penalti) və Danilu Pereyra (42-ci dəqiqə) fərqləniblər.


Müəllif: Teleqraf.com