21 Aprel 19:55
229

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları davam edir.

Teleqraf.com-un məlumatına görə, "Mançester Yunayted" bu tur səfərdə "Everton"un qonağı olub. "Qırmızı şeytanlar" rəqibinə 0:4 hesabı ilə uduzub.

21 aprel

"Everton" - "Mançester Yunayted" - 4:0
Qollar: Rişarlison, 13 (1:0), Q. Siqurdsson, 28 (2:0), L. Din, 56, T. Uolkott, 64 (4:0)

Qeyd edək ki, "Mançester Yunayted" bu məğlubiyyətdən sonra 64 xalla 6-cı pillədə qalıb. Xallarının sayını 49-a çatdıran "Everton" isə 7-ci sıraya yüksəlib. Turnir cədvəlinə isə 86 xalla "Mançester Siti" başçılıq edir. Bir xal az toplayan "Liverpul" isə 2-cidir.


Müəllif: Teleqraf.com