26 İyul 2019 17:03
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bir sıra idman yarışlarına ev sahibliyi etməsi onun beynəlxalq nüfuzundan xəbər verir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov deyib.

Ölkəmizdə təşkil edilən beynəlxalq yarışlarla bağlı fikirlərini bildirən X.Əhmədov bir idmançı kimi əldə olunan uğurlarla qürur duyduğunu vurğulayıb:

“Ölkəmiz tanınır və beynəlxalq aləmdə də nüfuzu getdikcə artır. Dünya arenasında qazandığımız uğurlar, beynəlxalq yarışların ölkəmizdə təşkili dövlətimizin artan nüfuzundan xəbər verir.

Dünya liderləri tərəfindən birmənalı şəkildə qəbul olunur ki, Azərbaycan sabitlik və inkişaf adasıdır. Ölkədə idmanın müxtəlif sahələri inkişaf edir. Mən də fəxr edirəm ki, üçrəngli bayrağımızı zirvələrə qaldırıb Vətənimizi ləyaqətlə, şərəflə təmsil edirəm. Bir idmançı üçün bundan qürurverici heç nə ola bilməz”.


Müəllif: Səxavət

Oxşar xəbərlər